» » “Yazdı ki, qızın toyudur, özümü öldürmək istəyirəm” -

“Yazdı ki, qızın toyudur, özümü öldürmək istəyirəm” - Əsgərin dostları

Bölmə: MANŞET, GÜNDƏM
“Yazdı ki, qızın toyudur, özümü öldürmək istəyirəm” -

Yanvarın 29-da Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər Fəttayev Xanəli Qəribəli oğlunun ölüm xəbəri yayıldı. Yerli mətbuatda onun şəhid olduğu deyilsə də, Müdafiə Nazirliyi əsgərin intihar etdiyini açıqlayıb.

Xalqinfo.az xəbər verir ki, “Qafqazinfo” baş verən faciə ilə bağlı əsgərin yaxınlarının sosial şəbəkədəki paylaşımlarını toplayıb.

Onu şəxsən tanıyan yaxınlarından biri Xanəli ilə bağlı bir xatirəsini bölüşüb. Onun sözlərinə görə, Xanəli sevdiyi qızı kasıb olduğu üçün başqasına verdiklərinə görə özünü öldürmək istədiyini deyirdi:

“Bir qız istəyirdi. Qızın ailəsi kasıb olduğu üçün imtina etmişdi. Mənə yazdı ki, qızı mənə vermədilər. Çox pisəm. Bir aydan sonra yenə yazdı ki, bu gün onun toyudur. Özümü öldürmək istəyirəm. Zəng etdim, inboxda ona xeyli yazdım. Acıqlandım. Dedim belə etsən Allah qarşısında günahkar olasan...
Kasıbçılığa söydü və internetdən çıxdı.

Bir-iki ay sonra mənə təkrar yazdı ki, bir başqası ilə nişanlanmaq istəyir. Amma iş tapa bilmir. Dedim əsgər get, gəl mütləq sənə iş tapacam talış balası...”

Qeyd edək ki, Xanəlinin sosial şəbəkədəki paylaşımlarından onun ağır şərtlər altında yaşadığı və tez-tez kasıbçılıqdan gileyləndiyini diqqət çəkir.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

“Yazdı ki, qızın toyudur, özümü öldürmək istəyirəm” -
“Yazdı ki, qızın toyudur, özümü öldürmək istəyirəm” -
“Yazdı ki, qızın toyudur, özümü öldürmək istəyirəm” -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler