» » Ərdoğan cəbhədəki vəziyyətlə bağlı prezidentə zəng edib

Ərdoğan cəbhədəki vəziyyətlə bağlı prezidentə zəng edib

Bölmə: MANŞET
Ərdoğan cəbhədəki vəziyyətlə bağlı prezidentə zəng edib

Bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

APA-nın xəbərinə görə, Türkiyənin baş naziri son günlər cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin mövqelərimizə hücumlarının qarşısını alarkən Azərbaycan hərbi qulluqçularının həlak olması xəbərindən dərindən kədərləndiyini bildirib. Bununla əlaqədar öz adından və Türkiyə xalqı adından Azərbaycan prezidentinə, xalqımıza və şəhidlərin ailələrinə başsağlığı verib.

Dövlətimizin başçısı başsağlığına və diqqətə görə öz adından və Azərbaycan xalqı adından Türkiyənin baş nazirinə və xalqına minnətdarlığını bildirib.

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı son günlər təmas xəttindəki vəziyyətlə bağlı məlumatlandırıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler