» » Sərkisyan azərbaycanlı oliqarxın restoranında- Azərbaycan musiqisi səslənib+Video

Sərkisyan azərbaycanlı oliqarxın restoranında- Azərbaycan musiqisi səslənib+Video

Bölmə: MANŞET
Sərkisyan azərbaycanlı oliqarxın restoranında- Azərbaycan musiqisi səslənib+Video

Xəbər verildiyi kimi ötən bazar günü Rusiyada erməni milyarder Samvel Karapetyan oğluna dəbdəbəli toy edib. Rusiya mağazin mediası yazır ki, azərbaycanlı oliqarx Telman İsmayılova məxsus “Safisa” restoranında keçirilən toy inquş neft maqnatı Mixail Qutseriyevin həmin restoranda keçirilən toyundan heç də geri qalmayıb.

Xalqinfo.az bildirir ki Virtualaz.org xəbər verir ki, toyda Ermənistan prezidenti Serj Sərkisyanın da iştirak etdiyi məlum olub. “Tatler” online nəşrinin bildirdiyinə görə Sərkisyan videokameraların obyektivinə tuş gəlib, ancaq onun toyda iştirakı haqda erməni mənbələri xəbər vermir. Bununla belə Sərkisyanı toydan yayılan videokadrların 59-cu saniyəsində görmək olar.

Toy mərasimini Andrey Malaxov və Vera Brejneva aparıblar. Musiqi tərtibatı isə Alla Puqaçova və Qriqori Lepsə tapşırılıb. Məşhur «Maroon 5» qrupunun solisti Alasm Levinin çıxışı isə toyda iştirak edənlər üçün sürprizə çevrilib.

İşin maraqlı tərəfi ondadır ki, videodan göründüyü kimi, toyda Azərbaycan musiqisi də səslənib. Hətta dahi Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettasının musiqisi də erməni rəqsi kimi qələmə verilib.

Məsələnin digər maraqlı tərəfi budur ki, “Safisa” restoranına Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı “MBA-Moskva”nın iddiası ilə həbs qoyulub. Çünki T.İsmayılovun həmin bank qarşısında on milyonlarla dollarlıq borc öhdəliyi var. Bankın iddiası əsasında “Safisa” restoranı və Moskvanın Nikitsk bulvarında otel inşası üçün nəzərdə tutulmuş ərazi “MBA-Moskva”nın aktivləri sırasında daxil edilib.

Sərkisyan azərbaycanlı oliqarxın restoranında- Azərbaycan musiqisi səslənib+Video
Sərkisyan azərbaycanlı oliqarxın restoranında- Azərbaycan musiqisi səslənib+Video
Sərkisyan azərbaycanlı oliqarxın restoranında- Azərbaycan musiqisi səslənib+Video

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler