» » Bu 4 rayonun polis rəisi dəyişdirildi - YENİLƏNİB

Bu 4 rayonun polis rəisi dəyişdirildi - YENİLƏNİB

Bölmə: MANŞET
Bu 4 rayonun polis rəisi dəyişdirildi - YENİLƏNİBDaxili işlər orqanlarında yeni təyinatlar olub.

Xalqinfo.az Oxu.az-ın APA-ya istinadən verdiyi məlumata əsasən bildirir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Nazirin imzaladığı əmrlə Ucar Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Adil Ələkbərov tutduğu vəzifədən azad edilərək Zaqatala RPŞ-nin rəisi, Zaqatala RPŞ-nin rəisi Arif Babayev tutduğu vəzifədən azad edilərək Yardımlı RPŞ-nin rəisi, Yardımlı RPŞ-nin rəisi Nadir Məmmədov tutduğu vəzifədən azad edilərək Qəbələ RPŞ-nin rəisi, Qəbələ RPŞ-nin rəisi Ehtibar Abduyev isə tutduğu vəzifədən azad edilərək Ucar RPŞ-nin rəisi vəzifəsinə təyinat alıb.

Daxili İşlər Nazirliyindən APA-ya təyinatları təsdiqləyiblər.

11:25

Azərbaycanın daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Xalqinfo.az Oxu.az-ın Aznews.az-a istinadən verdiyi məlumata əsasən bildirir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Zaqatala Rayon Polis Şöbəsinin rəisi Arif Babayev vəzifəsindən azad edilib.

Nazirin digər bir əmrinə əsasən, A.Babayev Yardımlı Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edib.

Yardımlı Rayon Polis Şöbəsinin rəisi Nadir Məmmədov isə Qəbələ Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.









Kainat Şirin



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler