» » Bakıda daha bir dəhşətli qəza - 20 yaralı+Foto+Video

Bakıda daha bir dəhşətli qəza - 20 yaralı+Foto+Video

Bölmə: MANŞET
Bakıda daha bir dəhşətli qəza - 20 yaralı+Foto+Video

Bakıda bir neçə dəqiqə öncə marşrut avtobusu qəza törədib.

Suraxanı Rayon Polis İdarəsindən “Qafqazinfo”ya bildirilib ki, 160 saylı xətt avtobusu qəza törədib.

Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Ölənlərin olmadığı bildirilir. Hüquq-mühafizə orqanlarınən əməkdaşları hadisə yerində araşdırma aparır.

***

Səhiyyə Nazirliyindən "Qafqazinfo"ya bildirilib ki, hadisə zamanı xəsarət alan 11 nəfər Sabunçu rayon 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Yaralıların arasında vəziyyəti orta və ağır olanlar da var. Ölən yoxdur.

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hazırda xəstəxanaya yerləşdirilənlərdən 3 nəfərin vəziyyəti ağır olaraq qalır. Hadisə nəticəsində xəsarət alan 5 nəfər isə vəziyyəti ağır olmadığından hadisə yerində ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

3 saylı şəhər Klinik Xəstəxanasından Trend-ə bildiriblər ki, yaralılardan ikisi təcili əməliyyata götürülüb. Qalan 4 nəfər yaralı isə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

***

Aeroport yolunda baş verən zəncirvari qəzada ilkin məlumata görə ümumilikdə 20 nəfər xəsarət alıb.

Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler