» » General son mənzilə yola salındı

General son mənzilə yola salındı

Bölmə: MANŞET
General son mənzilə yola salındı
2014-cü il may ayının 10-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində istefada olan tibb xidməti general-mayoru Dağlar Məmməd oğlu Abdullayev ilə vida mərasimi keçirilib.


“Xalqinfo” xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidnətinin məlumatına görə, üzərinə Azərbaycan Respublikasının dövlət bayrağı sərilmiş tabutun qarşısında mərhumun təltif olunduğu medallar qoyulmuşdu. Müdafiə Nazirliyinin rəhbərliyi, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, hərbi hissələrin şəxsi heyəti, veteranlar cənazə yanında fəxri qarovulda dayanaraq ona ehtiram bildiriblər. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə yaradılmış dəfnin təşkili üzrə komissiyanın sədri mərhum general D.Abdullayevin həyat və xidmət yolundan danışıb, vəfatı ilə əlaqədar Müdafiə Nazirliyi rəhbərliyinin nekroloqunu vida mərasimi iştirakçılarının nəzərinə çatdırıb. Sonra hərbi orkestrin müşayiətilə izdiham 2-ci Şəhidlər Xiyabanına yola düşüb. Əsgəri ənənələrə uyğun olaraq Azərbaycan Respublikasının dövlət himninin ifası, yaylım atəşlərindən sonra mərhum general-mayor D.Abdullayev son mənzilə yola salınıb. Mərasimin sonunda cənazənin üzərinə sərilmiş üçrəngli Dövlət Bayrağı əbədi xatirə saxlanılması üçün mərhumun ailəsinə təqdim edilib

qafqazinfo

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler