» » Şəhid qızı orduda xidmət edəcək

Şəhid qızı orduda xidmət edəcək

Bölmə: MANŞET
Şəhid qızı orduda xidmət edəcək
Qarabağ savaşında Hərbi Hava Qüvvələrimizin ilk döyüş təyyarəsinin pilotu, şəhid Vaqif Qurbanovun yeganə qızı Sevinc ordu sıralarında xidmətə başlayacaq.


"Xalqinfo" anspress-ə istinadən xəbər verir ki, baş leytenant V.Qurbanov Qarabağ müharibəsinin alovlandığı bir vaxtda keçmiş sovet aviabazasından "Su-25" təyyarəsini qaçıran ilk pilotumuz olub. Şuşanın işğalı günündən sonra bu təyyarə ilə döyüş uçuşlarını həyata keçirməyə başlayıb. İyunun 13-də Qarabağ səmasında Şelli kəndi yaxınlığında təyyarə ermənilər tərəfindən vurulub. Cəsur pilot haqqında uzun illər xəbər çıxmayıb. Yalnız hadisədən yeddi il sonra Vaqif Qurbanovun Qarabağ uğrunda gedən döyüşlərdə həlak olması barədə ailəsinə xəbər verilib.



Atası vətən uğrunda Qarabağda şəhid olanda Sevinc dörd aylıq olub. Bakı Dövlət Universitetini bitirərən Sevinc atasının yolunu davam etdirmək üçün zabit hazırlığı kursuna daxil olub. Bu günlərdə kursu müvəffəqiyyətlə başa çatdıraran Sevinc ordu sıralarında xidmətə başlayacaq.

İyulun 25-də isə Sevincin toy mərasimi keçirilib. Toy mərasimdə iştirak edən Hərbi Hava Qüvvələrinin zabiti Elşad Pənahov ailə quran gəncləri Müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından təbrik edərək, onlara gələcək həyatda uğurlar diləyib, xoşbəxtlik və firavanlıq arzulayıb.

Sonra atasının silahdaşlarının övladları Səbail rayonunu ərazisində yerləşən 3 otaqlı mənzilin açarlarını səbəbkara təqdim ediblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler