» » “Cahangir Hacıyev əvvəlki vəzifəsini tutur”

“Cahangir Hacıyev əvvəlki vəzifəsini tutur”

Bölmə: MANŞET
“Cahangir Hacıyev əvvəlki vəzifəsini tutur”

““İnter”in dağılmaq ehtimalı yoxdur. Bu komanda əvvəl necə idisə, yenə də elə olacaq. Cahangir Hacıyevin Beynəlxalq Bankdan istefa verməsi, komandadakı rəhbər dəyişikliyi bizə təsir etməyəcək”. “Xalqinfo” xəbər verir ki, bu sözləri apasport-a açıqlamasında “İnter”in prezidenti Georgi Nikolov deyib.


O, dünən Azərbaycan kubokunun yarımfinal mərhələsində “Neftçi”yə 2:1 qalib gəlib, amma səfərdəki məğlubiyyətə görə finala çıxa bilmədikləri oyundan sonra sözügedən məsələyə aydınlıq gətirib: “Hazırda Cahangir müəllim klubda əvvəlki vəzifəsini tutur. Mən də öz yerimdəyəm. Hər hansı dəyişiklik, hələ ki, gözlənilmir. Klubun büdəcsinin 50 faiz azaldılması mümkündür. İndidən nəsə demək olmaz. Stadionumuza gəlincə, “İnter Arena” bizim şəxsi mülkümüzdür”.

Nikolov baş məşqçi məsələsinə hələ aydınlıq gəlmədiyini sözlərinə əlavə edib: “Baş məşqçi məsələsinə aydınlıq gəlməyib. Slavço Georgiyevskinin baş məşqçi olacağı isə doğru xəbər deyil. Çünki o, gəncdir, təcrübəsi yoxdur. Komandaya yeni baş məşqçi gəlməsi məsələsi isə maddi vəziyyətə bağlıdır. Növbəti mövsüm üçün büdcəmiz təsdiqlənsin ondan sonra bu məsələni yoluna qoyacağıq”.

Qeyd edək ki, Cahangir Hacıyev klubun fəxri prezidentidir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler