» » Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzində ... Hüseynov İbad

Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzində ... Hüseynov İbad

Bölmə: MANŞET
Yeni  Türkiyə  Strateji  Araşdırmalar  Mərkəzində ... Hüseynov İbad
Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzində ...
1994 -cü ildə "Yeni Türkiyə Dərgisi" adı ilə yayımlanan Türkiyənin bütün sahələrini əhatə edən dərgi Türkiyə məkanında çox keçmədən tanınır və diqqət mərkəzinə çevrilir. Bir çox akademiklərin, professorların qələmindən süzülən dərin fəlsəfi fikirləri , düşüncələri ilə hər yayınında fərqli-fərqli oxucu kütləsi qazanan dərgi özünün fərqli və mənalı adı ilə "YENİ TÜRKİYƏ DƏRGİSİ" daha da diqqət çəkir. Bəli məhz bu inkişafı, bu gözəlliyi , bu düşüncələri qələmə almagı, yaymagı "Yeni Türkiyə Dərgisi" öz üzərinə götürür. Nəiinki, Türkiyədə eyni zamanda dünyanın bütün yerlərində diqqətdə olmuş, oxunmuş və sevilmişdir. Yeni Türkiyə üçün sözü olan sahəsindən asılı olmayaraq hər kəs Türkiyə haqqında düşüncələrini bölüşür,irad və arzularını bildirir.
İlk dəfə olaraq Türk Milletinin milli məsələləri , tarixi, mədəniyyəti haqqda yazılar, bilgilər, gerçəklikləri tanıdan böyük bir layihə olaraq 31 cildlik Türkcə, 6 cildlik ingiliscə olmaqla 37 cildlik kulliyat hazırlandı və yayınlandı. Bu külliyatda akademiklər, professorlar, alimlərlə yanaşı, Türkiyənin cümhurbaşqanı, başbakanı və bir çox dövlət adamlarının da qələmə aldıqları məqalələr yer almışdır. Eyni zamanda Prof.Dr. Halil İnalçıq, Prof. Dr. Kemal Karpat, Prof. Dr. İlber Ortaylı,Prof. Dr. Kemal Çiçek,Prof. Dr. Nur Vergin, Prof. Dr Vedat Bilgin və dünyada tanınan, seçilən söz sahiblərinin yazıları işıqlandırılmışdır.

"Türk Projesi"olaraq Türk millətinin qurdugu dövlətlərin , inşa etdiyi kültur və mədəniyyətin, siyasət, təşkilat, toplum, iqtisadi, fəlsəfə, elm, dil ədəbiyyat haqqında yazılar, məqalələr geniş şəkildə işıqlandırılmışdır. Bu layihə bu günə qədər bütün dünyada hazırlanmış geniş tarixi əhatə edən layihələrdən biridir. Layihədə Türkiyəmizdən 3210, xarici ölkələrdən 3059 elm adamlrı ilə əlaqə yaradılmış, 48 xarici ölkə, 589 Türkiyədən , 1721 elm adamları yazıları və məqalələri ilə iştirak etmişlər. 2320 -ə yaxın araşdırma yazılarından 1623 -ü Araşdırmalar Mərkəzi tərəfindən qəbul edilərək dərgidə işıq üzü görmüşdür. Bu araştırma ortaq bir Türk tarixinin ilk olaraq yazılması anlamı deməkdir..
Araşdırma mərkəzinin əsas məqsədlərdən biri də millətini sevən vətəndşlrın stolüstü kitabına çevrilən Yeni Türkiyə Erməni məsələsi adlı cildlik kitablardır. Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzi olaraq fəaliyyətində ilk olaraq Erməni məsələsinə xüsusi önəm vermiş və erməni gerçəkliklərini açmış , onların uydurma soyqırımlarını ifşa edən faktlar ortay qoymuş və dünyaya çatdırmaq üçün 6 hissədən ibarət sənədli film hazırlamışdır. Bəli Yeni Türkiyə, həm sosial, iqtisadi, mədəni və bir çox sahələrində surətlə inkişaf edən dünyaya meydan oxuyan Türkiyə dövləti olaraq dünyanın diqqətindən qalmır.
Və bu sürətli inkişaf, yeniliklər bəzi qərb dövlətlərini fikirləşəməyə məcbur edir və Türk dünyasının bütövlüyü qorxusu onları rahat buraxmır.
"Yeni Türkiyə" Türkiyə Çümhuriyyətinin başbakanı Rəcəb Tayyib Ərdoganın da diqqətini çəkir və çümhurbaşqanı seçilərkən də "Yeni Türkiyə" anlamın əlinə bayraq edir. Bəli "Yeni Türkiyə". Bu gün Türkiyəmizin təkrarsız layihələri, inkişaf mərhələsinin axımlılıgı dünyanın diqqətindədir. Bəziləri Türk Dünyasının bütövlüyünə qənim kəsilən dövlətlər bu inkişafı qəbul etməyib müəyyən uydurmalar səbəbi ilə Türkiyə dövlətini gozdən salmaga çalışır, daxili gərginliklər yaradırlar. Amma Türkiyənin hər torpagında, daşında haqqı olan insanlar var ki, bu qaranlıqlara işıq salır, gerçəklikləri daima qələmə alırlar.
Bu insanlardan biri də "Gələcəyin Türkiyəsi Bambaşqa olacaq" deyərək , saglamlıgını belə düşünməyərək xalqı üçün, vətəni üçün hər gün yeni ideyalar düşünərək çalışan dəyərli hocamız Yeni Türkiyə Araşdırmalar Mərkəzinin qurucusu və başqanı Hasan Cəlal Gözəl bəydir. Türkiyə tarihində gərəkli addımları və imzaları olan Hasan bəyin atdığı hər addım bir örnək və gələcək Türkiyəmiz üçün önəmlidir.
Belə bir tarixi insanı tanıdığımız üçün şərəf duyuruq.Heç unutmayacam ilk dəfə iqamətgahına dəvət etmişdi qəhrəmanımız İbad Hüseynlini. İş otagında qəhrəmanımızı qarşılarkən gözləri doldu, öz masasında qəhrəmanımızı əyləşdirib, kövrəkliyini gizlətməyə çalışsa da bu bizim nəzərlərimizdən qaçmadı . Qəhrəmanımızın israr etməsinə baxmayaraq onu öz yerində əyləşdirdi. Bu iltifat onun nə qədər səmimi ,millətpərəst,vətən sevdalı biri oldugunu isbat edirdi. İqamətgaının önündə dalgalanan Azərbaycan və Türk bayraqları, səliqə ilə düzənlənmiş saray diqqətindən heç nə yayınmayan işçilər Hasan bəyin mənəvi zənginliyindən, geniş dünya baxışından, aristokratlığından xəbər verirdi. Hələ qəhrəmanımıza baglatdırdığı qızılgül puketinin üzərində yazdırdığı " Xoş gəldin Kahraman" incəliyi, sevgisi diqqətimizdə və xatirəmizdə əbədi olaraq qaldı. Bəli bir neçə ay keçmişdi, yenidən Türk Dünyasının ibrət və örnək olan hocası ilə yenidən görüşdük.
İlk olaraq Türkiyənin Ankara şəhərində ucaldılmış bu günkü Azərbaycanın qurucusu Ulu Öndərimiz Heydər Əliyevin abidəsini ziyarət etdik. Abidənin önünə Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzi tərəfindən hazırlanmış əklil qoyuldu. Bu addımlar Türkiyə və Azərbaycan dostlugunun əbədi qardaşlığından xəbər verirdi. Yenə dalgalanan Türk Azərbaycan bayraqları ilə bəzədilmiş iqamətgah, qəhrəmanımız İbad Hüseynlinin "Türk Dünyasının kahramanı" yazılmış və bir neçə önəmli yerlərə asılmış şəkilləri, afişləri, konfrans öncəsi Azərbaycan xalq oyunlarının rəqs və musiqisi ilə qarşılanma mərasimi, hər kəsin könlüncə oldu. Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin başqanı sayın Hasan Cəlal Gözəl bəyin qəhrəmanımız İbad Hüseynliyə olan diqqəti, sevgisi Azərbaycana olan diqqət və sevgisi idi. İbad Hüseynli adına hazırlanmış konfransa Səfirliyimizin təhsil müşaviri Nəcibə Nəsibova, Eski Bakan Kahramanmaraş Milletvekili Prof.Dr.Sayın Mehmet Sağlam, Manisa Milletvekili Doç.Dr.Selçuk Özdağ, Prof.Dr.Kemal Çiçek Rektör Yardımcısı ve Yeni Türkiye Stratejik Araştırma Merkezi Tarih Enstitüsü Başkan, Kültür ve Turizm Bakanlığı Güzel Sanatlar Genel Müdürlüğü Ankara Devlet Türk Halk Müziği Korosu Şef Necmi Kıran , Azərbaycanda və Türkiyədə çoxmərkəzli olaraq yayımlanan "Atilla" dərgisinin başqanı Gülşən Behbud və bir çox elm adamları, tələbələr iştirak edirdilər. Konfrans açıq elan ediləndən sonra ilk söz Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin başqanı Hasan Calal Güzəl bəyə verildi. Sonra İbad Hüseynlinin həyat və savaş yolu haqqda çəkilmiş film izlənildi.
Öncədən hazırlanmış toplantılarda çıxış etmələri üçün bu konfransa gələ bilməyən İsmet Yilmaz Milli Savunma Bakani , Cemil Çiçek TBMM Başkani , Nabi Avci Milli Eğitim Bakani , İdris Güllüce Çevre ve Şehircilik Bakani , Doç.Dr. Ayşenur İslam Aile ve Sosyal Politikalar Bakani , Kemal Ekinci Bursa Millet Vekili , Dr.Bülent Gedikli Ak Parti Ankara Milletvekili-Mkyk üyesi , Ömer Faruk Öz Ak Parti Malatya Milletvekili TBMM idare Amiri , Pref.Dr.Necdet Ünüvar Adana MV , Prof.Dr. Pelin Gündeş Bakir Kayseri Milletvekili Avrupa Birligi Uyum Komisyonu Üyesi Türkiye-Avrupa Birligi Karma Parlamento Komisyonu Üyesi/Bayindirlik İmar Ulaştirma ve Turizm Komisyonu Üyesi, Fahri Kasirga Cumhurbaşkanliği Genel Sekreteri , Mehmet Kiliçlar Ankara Valisi , Prof.Dr. Aygün Attar Giresun Üniversitesi Rektörü , Doç.Dr. Kudret Bülbül Başkan və digər konfransa qatıla bilməyən dövlət rəsmilərinin ürək sözlərini konfransın aparıcısı Türkiyəmizin Azərbaycana saçan günəşi , illərdir can Azərbaycan deyərək Azərbaycanı Türkiyəmizdə sevə-sevə anladan Zeynəb Köşkər oxudu.
Konfransın sonunda Hasan Cəlal Gözəl bəy toplantı iştirakçılarına Türk tarixinin şərəfi olan Çanaqqala Zəfərinin 100 illiyi ərəfəsində hazırlanmış İbad Hüseynli adına konfransda iştirak etdikləri üçün təşəkkür edib , Azərbaycanın canlı əfsanəsi, kəşfiyyat diversiya komandiri olmuş, "Azərbaycan Bayragı" ordenli İbad Hüseynliyə xüsusi diqqət və sevgisini bildirdi. Türk Dünyasının qəhrəmanı İbad Hüseynlinin savaş və həyat yolundan danışıb, vətənə olan sevgi və saygını sahəsindən asılı olmayaraq hər kəsin borcu kimi qiymətləndirdi Sonda qəhrəmanımıza söz verildi və Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin ödülü təqdim edildi.
Gulşən BEHBUD
"Atilla" jurnlının baş redaktoru

Yeni  Türkiyə  Strateji  Araşdırmalar  Mərkəzində ... Hüseynov İbad
Yeni  Türkiyə  Strateji  Araşdırmalar  Mərkəzində ... Hüseynov İbad
Yeni  Türkiyə  Strateji  Araşdırmalar  Mərkəzində ... Hüseynov İbad
Yeni  Türkiyə  Strateji  Araşdırmalar  Mərkəzində ... Hüseynov İbad
Yeni  Türkiyə  Strateji  Araşdırmalar  Mərkəzində ... Hüseynov İbad
Yeni  Türkiyə  Strateji  Araşdırmalar  Mərkəzində ... Hüseynov İbad
Yeni  Türkiyə  Strateji  Araşdırmalar  Mərkəzində ... Hüseynov İbad
Yeni  Türkiyə  Strateji  Araşdırmalar  Mərkəzində ... Hüseynov İbad
Yeni  Türkiyə  Strateji  Araşdırmalar  Mərkəzində ... Hüseynov İbad
Yeni  Türkiyə  Strateji  Araşdırmalar  Mərkəzində ... Hüseynov İbad

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler