DataLife Engine > Kriminal > Tərtərdə 18 yaşlı oğlan güllələndi - Şübhəli şəxs dayısıdır

Tərtərdə 18 yaşlı oğlan güllələndi - Şübhəli şəxs dayısıdır


23-06-2024, 09:57. Yerləşdirdi: Tural  Tərtərdə 18 yaşlı oğlan güllələndi - Şübhəli şəxs dayısıdır




İyunun 23-də saat 05 radələrində Tərtər rayon sakini 2006-cı il təvəllüdlü Süleymanlı Eltac Bəylər oğlunun ehtiyatsızlıqdan ov silahından açılan atəş nəticəsində xəsarət alması və xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Xalqinfo.az-a verilən məlumata görə, araşdırmalarla hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin dayısı 1988-cu il təvəllüdlü Əhmədov Asiman Vaqif oğlu saxlanılıb.

Araşdırma aparılır.
Geri qayıt