Bakıda güllələnən şəxslərin adları MƏLUM OLDU -
10-03-2023, 15:25. Yerləşdirdi: Tural

Araşdırmalarla məlum olub ki, hadisədə 2 nəfər xəsarət alıb. Xəsarət alanlar —- 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıb.
***
Daxili İşlər Nazirliyi paytaxtda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.
DİN-in mətbuat xidmətindən Xalqinfol.az-ın sorğusuna cavab olaraq bildirilib ki, paytaxtın Nəsimi rayonunda 3 nəfərin odlu silahdan açılan atəşdən yaralanması ilə bağlı polisə məlumat daxil olub:
"Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Araşdırma aparılır. Əlavə məlumat veriləcəkdir".
TƏBİB-dən isə bildirilib ki, Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədilər: "İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir. Rəsmi qurumun açıqlamasını gözləmək xahiş olunur".
Bakıda atışma olub.
"Xalqinfo" xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb. Baş verən silahlı insident zamanı iki nəfər güllələnib.
Geri qayıt