Bakıda 16 yaşlı qız itkin düşüb
1-02-2022, 11:00. Yerləşdirdi: Tural

Bakıda 16 yaşlı qız itkin düşüb.
“Report”un əldə etdiyi məlumata görə, hadisə yanvarın 30-u saat 12 radələrində paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.
Belə ki, 2006-cı il təvəllüdlü Səbinə Əlimuradova yaşadığı mənzili tərk edib və bir daha geri qayıtmayıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsində araşdırma aparılır.
Geri qayıt