DataLife Engine > Kriminal, Dünya > Türkiyədə polis avtomobili QƏZAYA UĞRADI - 10 nəfər yaralandı

Türkiyədə polis avtomobili QƏZAYA UĞRADI - 10 nəfər yaralandı


30-01-2022, 13:04. Yerləşdirdi: Tural Türkiyədə polis avtomobili QƏZAYA UĞRADI - 10 nəfər yaralandı
Türkiyədə 10 polis əməkdaşı avtomobil qəzası nəticəsində xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.

“İstanbulda xidməti vəzifəsini yerinə yetirən polislərimizi daşıyan avtomobilin aşması nəticəsində yaralanan 10 qəhrəman polisimizə keçmiş olsun diləyirəm.

Rəbbim tezliklə polislərimizə şəfa versin”, - nazir tviterdəki hesabında yazıb.
Geri qayıt