DataLife Engine > Kriminal > Azərbaycanlı biznesmenin qardaşı barəsində həbs qərarı verildi

Azərbaycanlı biznesmenin qardaşı barəsində həbs qərarı verildi


14-11-2017, 01:00. Yerləşdirdi: sefa Azərbaycanlı biznesmenin qardaşı barəsində həbs qərarı verildi
Moskvanın Basman rayon məhkəməsi Çerkizov bazarının keçmiş azərbaycanlı sahibi Telman İsmayılovun qardaşı Vaqif İsmayılovun həbsinə dair qərar çıxarıb.

Xalqinfo.az TASS-a istinadən xəbər verir ki, o, artıq beynəlxalq axtarışa verilib.

Qeyd edək ki, oktyabrın 30-da Telman İsmayılov barəsində də həbs qərarı verilib. Biznesmen beynəlxalq axtarışa verilib.

İlkin ehtimala görə, İsmayılov qardaşları və Mehman Kərimov 2016-cı ilin mayında Novorijsk şossesində ticarət kompleksinin rəhbəri Vladimir Savkin və “Люблино моторс” şirkətinin təsisçisi Yuri Brilyovun qətlindən ittiham olunurlar.

Mehman Kərimov ittihamı qəbul etsə də, İsmayılovun digər qardaşı Rafiq (hər ikisi saxlanılıb) isə günahsız olduğunu bildirir.
Geri qayıt