DataLife Engine > Kriminal > Gəncədə usta ikinci mərtəbədən yıxılaraq öldü

Gəncədə usta ikinci mərtəbədən yıxılaraq öldü


10-08-2017, 21:44. Yerləşdirdi: sefa Gəncədə usta ikinci mərtəbədən yıxılaraq öldü
Gəncədə çanaq antenası quran usta ikinci mərtəbədən yıxılıb.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində 4 mərtəbəli binada qeydə alınıb. İkinci mərtəbədə çanaq antenası quran 1961-ci il təvəllüdlü Nəbi İmanov hündürlükdən yerə yıxılıb. Ağır xəsarət alan usta hadisə yerində ölüb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
Geri qayıt