DataLife Engine > Kriminal > Şamaxıda ağır qəza:

Şamaxıda ağır qəza:


21-06-2017, 11:15. Yerləşdirdi: Leyla Şamaxıda ağır qəza:
Şamaxı rayonunda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

Xalqinfo.az xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 107-ci kilometrliyində qeydə alınıb. “KamAZ” markalı yük avtomobili qarşı tərəfdən gələn “Nissan” markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı “Nissan”ın sürücüsü, Bakı sakini, 1984-cü il təvəllüdlü İslamov Rafiq İslam oğlu və sərnişini, 1992-ci il təvəllüdlü Hüseynova Bəstəgül Yaşar qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Leyla Həsənova
Geri qayıt