DataLife Engine > Kriminal > Bakıda cinayətkar dəstə saxlanıldı

Bakıda cinayətkar dəstə saxlanıldı


4-10-2014, 21:24. Yerləşdirdi: Tural Bakıda cinayətkar dəstə saxlanıldı
Bakıda quldurluqla məşğul olan dəstə üzvləri həbs edilib.

ans press-in Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Baş Cinayət-Axtarış İdarəsi və Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dəstə üzvləri tutulub.

Belə ki, sentyabrın 30-da Rəşad Quliyevin evindən quldurluq yolu ilə 1200 manat və 200 ABŞ dolları, qızıl əşyalar və ov tüfəngi aparmış Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Salman Zeynalov, Mircavid Mirbağırov, Yaşar Yusifov, Şamil Quliyev və Cəlilabad rayon sakini Mais Abıyev tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Geri qayıt