DataLife Engine > Kriminal, BLOK XƏBƏR > Tibb bacısı həkimi bıçaqladı-

Tibb bacısı həkimi bıçaqladı-


26-09-2015, 22:39. Yerləşdirdi: Tural  Tibb bacısı həkimi bıçaqladı-

Şəmkirdə bıçaqlanma faktı qeydə alınıb.

APA-nın verdiyi məlumata görə hadisə Şəmkir Rayon Mərkəzi xəstəxanasında baş verib. Tibb ocağının reanimasiya şöbəsinin tibb bacısı Sadəgül İbadullayeva mübahisə zəminində xəstəxananın qanköçürmə şöbəsinin həkimi, 1959-cu il təvəllüdlü Nurəddin Məmmədovu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
Geri qayıt