DataLife Engine > Kriminal > Siqaret qaçaqmalçısı gömrükdə saxlanılıb –

Siqaret qaçaqmalçısı gömrükdə saxlanılıb –


28-01-2015, 13:04. Yerləşdirdi: Esi Siqaret qaçaqmalçısı gömrükdə saxlanılıb –Moskva-Lənkəran aviareysilə gələn Azərbaycan vətəndaşı Elçin Teymurova məxsus baqaj gömrük nəzarətindən keçirilərkən rentgen aparatının monitorunda siqaret təsvirləri görünüb.


Dövlət Gömrük Komitəsindən qafqazinfo-ya verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılan baqaja - 6 ədəd çantanın içərisindəki mallara təkrar baxış keçirilib.

Nəticədə, həmin çantalarda malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gizlədilən, əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, elektron və kağız üzərində yazılı və ya şifahi formada bəyan olunmayan, Azərbaycan Respublikasının aksiz markaları ilə markalanmayan cəmi 4080 qutu xarici markalı müxtəlif siqaretlər aşkar olunub.

Faktla bağlı izahatında E.Teymurov baqajında aşkar olunan siqaretləri Rusiya Federasiyasının Moskva şəhərindəki bazardan əldə etdiyini və satış məqsədilə Azərbaycana gətirdiyini bildirib.
Geri qayıt