» » Münəvvəri qətlə yetirib intihar edən sevgilisi sağdır? -

Münəvvəri qətlə yetirib intihar edən sevgilisi sağdır? - Məzar açılacaq

Bölmə: Kriminal
Münəvvəri qətlə yetirib intihar edən sevgilisi sağdır? -



Türkiyənin Silivri rayon Prokurorluğu 15 il əvvəl Münəvvər Qarabuludu öldürüb 2014-cü ildə həbsxanada intihar edən Cem Qəriboğlunun məzarının açılmasına qərar verib.

“Xalqinfo” xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, Münəvvərin ailəsinin məzarın açılması ilə bağlı müraciəti tam təmin edilib.

Qeyd edək ki, sevgilisinin Bağçaşəhərdəki villasında baltalanan 17 yaşlı Münəvvər Qarabuludun doğranmış meyiti 2009-cu il martın 3-də Etilər səmtində zibil konteynerindən tapılıb.

2011-ci il noyabrında Bakırköy Ağır Cinayətlər Məhkəməsi qatil Cem Qəriboğlunun 24 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı hökm çıxarıb.

Qəriboğlu 3 il sonra Silivri 5 saylı cəzaçəkmə müəssisəsində intihar edib.

Məlumat üçün deyək ki, sözügedən cinayət illər öncə Türkiyə gündəmini zəbt edib. Belə ki, qatil Cem Qəriboğlu ölkənin tanınan ailələrindən birinin övladı olub. Onun cəzaçəkmə müəssisəsindəki intiharı ilə bağlı bir çox iddialar səsləndirilib.

Hətta Cemin bir neçə dəfə ABŞ-də görüntüləndiyi, qatilin həyatda olduğu ilə bağlı xəbərlər də ortaya çıxıb.

Məhz bu məsələdən sonra Münəvvərin ailəsi cinayətkarın məzarının açılması tələbi ilə bir neçə dəfə məhəməyə müraciət edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler