» » 13 yaşlı qızını ölümlə hədələyib zorakılıq edən ataya - 18 il həbs!

13 yaşlı qızını ölümlə hədələyib zorakılıq edən ataya - 18 il həbs!

Bölmə: Kriminal, MANŞET
13 yaşlı qızını ölümlə hədələyib zorakılıq edən ataya - 18 il həbs!



Azərbaycanın rayonlarından birində tükürpədici cinayət hadisəsi baş verib.

Xalqinfo.az-ın məlumatına görə, 53 yaşlı Cavid Əkbərov (ad-soyad şərti) 13 yaşlı qızına müxtəlif vaxtlarda 5 dəfə təcavüz edib.

İttihamda deyilir ki, təqsirləndirilən şəxsin qızı hər dəfə ona müqavimət göstərib. O isə övladını başını kəsəcəyi ilə hədələyərək istəyinə nail olub.

Zərərçəkmiş azyaşlının bir müddət sonra özünü qəribə aparması, qəfil ağlamaları yaxınlarının diqqətini çəkib. Bundan sonra atanın əməllərinin üstü açılıb. Azyaşlı qız planlı şəkildə atasının ona qarşı əxlaqsız hərəkətlər etməsi anlarını telefonla videoya çəkib. Həmin video şikayət ərizəsi ilə birgə polisə təqdim edilib.

C. Əkbərov polis əməkdaşları tərəfindən tutulub, ona qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü seksual xarakterli zorakılıq hərəkətləri (14 yaşına çatmayan şəxsə qarşı) maddəsi ilə ittiham elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilib.

C.Əkbərov ibtidai istintaq vaxtı verdiyi ifadəsində əməllərini etiraf etsə də, məhkəmədə özünü təqsirli bilməyib. Deyib ki, həyat yoldaşı ilə aralarında problem olub. Bu səbəbdən qadın övladını da onun üstünə şər atmağa cəlb edib.

Məhkəmə əsas sübut kimi təqdim edilmiş videoya baxış keçirib, şahidləri dinlədikdən sonra müttəhimi verilmiş ittihamla təqsirli hesab edib.

Hökmə əsasən, C.Əkbərov 14 yaşına çatmayan qızına təcavüz etməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler