“Quska”nın istintaqı bitdBölmə: Kriminal
![]() Yenidən cinayət məsuliyyətinə cəlb edilən “Quska” ləqəbli sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Xalqinfo.az-ın əldə etdiyi, hazırda tərəflər iş materialları ilə tanış olurlar. “Quska”ya qarşı yekun olaraq Cinayət Məcəlləsinin 193-1.3.2-ci ( cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) maddəsi ilə ittiham elan edilib. O, 6 milyon manat vəsaitin qanunsuz leqallaşdırılmasında təqsirləndirilir. Bu maddənin sanksiyasında 7 ildən 12 ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Ətraflı Yaxın günlərdə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək. Qeyd edək ki, H.Abdullayev 2018-ci ildə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin müddət bu yaxınlarda başa çatıb. Lakin yeni cinayət işinə görə o, azadlığa çıxa bilməyib. |
|