» » Tovuzda 4 gün əvvəl döyülən kişi xəstəxanada ölüb

Tovuzda 4 gün əvvəl döyülən kişi xəstəxanada ölüb

Bölmə: Kriminal
 Tovuzda 4 gün əvvəl döyülən kişi xəstəxanada ölüb




Tovuzda döyülən 66 yaşlı kişi ölüb.

Xalqinfo.az xəbər verir ki, hadisə iyunun 28-də rayonun Yuxarı Öysüzlü kəndi ərazisində baş verib.

Kənd sakini 1958-ci il təvəllüdlü Novruz Hacıyev heyvanları örüşdən qaytararkən qəbiristanlıq ərazisində kənd sakinlərindən biri ilə mübahisə edib.

Kənd sakini ondan heyvanları buradan aparmasını tələb edib. Nəticədə mübahisə dava ilə yekunlaşıb. Müxtəlif bədən xəsarətləri alan Novruz Hacıyev xəstəxanaya yerləşdirilib.

Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, 66 yaşlı kişi bu gün xəstəxanda ölüb.

Hazırda faktla bağlı araşdırma aparılır.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler