» » Tofiq Yaqublunun məhkəməsi başladı

Tofiq Yaqublunun məhkəməsi başladı

Bölmə: Kriminal
 Tofiq Yaqublunun məhkəməsi başladı



Müsavat Partiyasının üzvü Tofiq Yaqublu və Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Xalqinfo.az-ın məlumatına görə, Bakı Ağır Cinatətlər Məhkəməsində keçirilən iclasda müttəhimlərin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.

Həbsdə mühakimə edilən təqisirləndirilən şəxslərin də ikisi dələduzluqda ittiham olunur.

Hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda Yaqublunun vəkili bir neçə vəsatətlə çıxış edib. Vəkil müvəkilinin cinayət işinə xitam verilməsini, əks halda ev dustaqlığına buraxılmasını istəyib.

Prokuror qaldırılan vəsatətlərin əsassız olduğu üçün təmin edilməməli olduğunu deyib. Məhkəmə prokurorla razılaşıb. Vəsatətlər əsassız sayılaraq rədd edilib.

İlk baxış iclası iyunun 21-nə təyin edilib.

Xatırladaq ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittiham verilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler