MTN-in həbs etdiyi iş adamı məhkəmə zalından azadlığa buraxıldıBölmə: Kriminal
![]() Dələduzluğa görə həbs edilən iş adamı Elçin Ağacanovun məhkəməsi başa çatıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə E.Ağacanov Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq - xeyli miqdarda zərər vurmaqla) maddəsi ilə təqsirli bilinib. Araşdırmalar zamanı məlum olub ki, “Geocom” şirkətinin təsisçisi olan E.Ağacanov Bakıda tanınmış onkoloqlardan olan A.Quliyevanın (şərti soyadlı) etibarından istifadə edərək onun tanışını Dövlət Vergi Xidmətində vəzifəsinə bərpa edəcəyinə vəd verib. Bunun qarşılığında Elçin Ağacanov xanım həkimdən 26 600 manat alıb. Lakin o, vədinə əməl etməyərək pulları ələ keçirib. Pulunu ala bilməyən A.Quliyeva hüquq-mühafizə orqanlarına müraciət edib və Elçin Ağacanov həbs edilib. Barəsində cinayət işinin açılmasından və həbs edilməsindən sonra E.Ağacanov aldığı pulları geri qaytarıb. Nərimanov Rayon Məhkəməsinin 1 dekabr tarixli hökmü ilə o, 6000 manat cərimə edilib və məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, Elçin Ağacanov 2011-ci ildə MTN-in keçirdiyi əməliyyat zamanı da dələduzluq ittihamı ilə saxlanılıb. |
XƏBƏR LENTİ
11.05.25 05:54 | ABŞ təsdiqlədi: Ukraynaya 125 raket və 100 "Patriot"...
11.05.25 05:53 | Bu ölkədə şahmat qadağan edildi
11.05.25 05:49 | “Heydər Əliyevin qurduğu dövlət hədəflərə doğru inamla irəliləyir”
11.05.25 05:44 | Britaniya Ukraynaya “Raven” sistemlərini göndərir
11.05.25 05:42 | BMT rəsmisi Hindistan və Pakistan arasındakı atəşkəsi alqışladı
11.05.25 05:35 | Ağır qəzada ölən iki qardaşın - Fotosu
11.05.25 05:34 | 4 ölkənin lideri Kiyevdədir
11.05.25 05:31 | “Hesab etdim ki, məhz bu gün burada olmalıyam”
11.05.25 05:25 | Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı
10.05.25 14:55 | Heydər Əliyev siyasi irsinin təməl sütunları
04.05.25 15:34 | Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
|