» » Bank kartlarından oğurluq edən daha 2 nəfər saxlanıldı

Bank kartlarından oğurluq edən daha 2 nəfər saxlanıldı

Bölmə: Kriminal
Bank kartlarından oğurluq edən daha 2 nəfər saxlanıldı





Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı vətəndaşlardan birinin kartından 312 manat pul oğurlamış paytaxt sakini 2002-ci il təvəllüdlü Aqşin Quliyev saxlanılıb.

DİN-in mətbuat xidmətindən “Xalqinfo”ya verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə daha bir vətəndaşın bank kartından 346 manat pul oğurlamış Qusar rayon sakini 1997-ci il təvəllüdlü Sahil Xaspoladov saxlanılıb.

Hər iki şəxs barəsində araşdırmalar davam etdirilir. Onların qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler