» » Elvin Mahmudzadə dələduzluğa görə saxlanıldı

Elvin Mahmudzadə dələduzluğa görə saxlanıldı

Bölmə: Kriminal
Elvin Mahmudzadə dələduzluğa görə saxlanıldı




"Azərbaycan Vətənpərvərlər" İctimai Birliyinin sədri Elvin Mahmudzadə saxlanılıb.


Xalqinfo.az Qafqazinfo-ya istinadla xəbər verir ki, birlik sədri bir neçə Vətən müharibəsi iştirakçısının şikayəti əsasında istintaqa cəlb edilib.

O, qazilər üçün ayrılmış külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir.

E. Mahmudzadəyə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq)maddəsi ilə ittiham irəli sürülüb. Yaxın saatda onun barəsində həbs qətimkan tədbiri seçiləcəyi gözlənilir.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler