Prorektoru öldürən şəxs 12 il sonra tapıldıBölmə: Kriminal, BLOK XƏBƏR
![]() “Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti”nin prorektorunu öldürməkdə şübhəli bilinən şəxs 12 il sonra müəyyən edilib. Xalqinfo.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) yaydığı birgə məlumatda bildirilib. Belə ki, Baş Prokurorluq və DİN əməkdaşlarından ibarət peşəkar istintaq-əməliyyat qrupu tərəfindən birgə həyata keçirilən tədbirlər nəticəsində 12 il əvvəl törədilərək bağlı qalmış xüsusilə ağır cinayətin açılması təmin edilib. Belə ki, 16 sentyabr 2011-ci il tarixdə 1942-ci il təvəllüdlü Tariyel Əhmədovun yaşadığı binanın yaxınlığında üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb. Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən cinayət işi yenidən öyrənildikdən sonra iş üzrə icraat təzələnib. Həyata keçirilmiş çoxsaylı intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində əldə edilmiş sübutlarla 1977-ci il təvəllüdlü Dəyanət Quliyevin tamah məqsədi ilə Tariyel Əhmədova küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Dəyanət Quliyev iş üzrə cari il aprelin 27-də Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir. |
XƏBƏR LENTİ
02.06.23 08:53 | Rusiya Baxmutda 60 min hərbçi itirib - Şok
30.05.23 14:05 | Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər
30.05.23 13:58 | Ərdoğan Cənubi Qafqazda faktordur – Moskvadan baxış
30.05.23 13:35 | Ərdoğan inqilabi dəyişikliklər edəcək: Onlar vəzifədən gedir
30.05.23 13:33 | Elxan Qasımov dəfn olundu
30.05.23 13:29 | Vardanyan ÇƏRƏNLƏDİ: "Geriyə yol yoxdur, müharibəyə hazırlaşırıq"
30.05.23 13:26 | Saakaşvili: Rusiya bu ərazidən parçalanmağa başlayacaq
30.05.23 13:23 | ABŞ Ukraynanı hər şeylə təmin edəcək - Bayden
30.05.23 13:18 | İrəvan nəzərə alsın: Ərdoğan bunu edəcək – İspiryan
30.05.23 13:16 | Prezidentlərin geniş tərkibdə görüşü başladı
28.05.23 19:53 | Ərdoğan irəlidədir - Nəticələr açıqlanır
22.05.23 18:46 | Sinan Oğan rəsmən qərarını açıqladı: Bu namizədi dəstəkləyəcək
20.05.23 01:53 | Ərdoğanın Sinan Oğanla görüşü başa çatdı - Yenilənib+Foto
18.05.23 08:45 | İlham Əliyev DTX ilə bağlı fərman imzaladı
17.05.23 15:49 | Ərdoğanın qalib olması üçün neçə min səsi çatmadı?
17.05.23 14:27 | Prezident Myasnikoviçi qəbul etdi
17.05.23 14:25 | İmamoğlu və Yavaş CHP binasını zəbt etdi – Şok məlumat
17.05.23 14:22 | "Ermənistan Moskva ilə əməkdaşlıqdan imtina edir" - Paşinyan
15.05.23 04:19 | İlham Əliyev Ərdoğanı təbrik etdi
14.05.23 22:21 | Səslərin 70.39%-i sayıldı: rəsmi nəticələr – Yenilənir
13.05.23 09:21 | Sərhəddəki təxribatın sifarişçisi kimdir?
13.05.23 09:18 | Şəhidimizin fotosu yayıldı
13.05.23 05:26 | Ordumuzun hərbçisi şəhid oldu
13.05.23 00:20 | Ulu Öndərin 100 illiyinə həsr edilmiş yarışın fədakarı
|