» » Tanınmış iş adamına cinayət işi açıldı, axtarışa verildi

Tanınmış iş adamına cinayət işi açıldı, axtarışa verildi

Bölmə: Kriminal
Tanınmış iş adamına cinayət işi açıldı, axtarışa verildi



İş adamı Şərif Salmanova cinayət işi açılıb.

“Xalqinfo”nun məlumatına görə, xaricdə təhsil şirkətlərinin rəhbəri kimi tanınan Ş.Salmanova Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq-külli miqdarda ziyan vurmaqla), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 312.2-ci (Rüşvət vermə) maddələri ilə ittiham elan edilib. Onun barəsində çoxsaylı vətəndaş şikayətlərinin olduğu bildirilir.

Ş.Salmanov istintaqdan yayındığı üçün onun barəsində axtarış da elan edilib.

Qeyd edək ki, “İTCC” və “Bakı Training mərkəzi”nin rəhbəri olan Ş.Salmanov tez-tez televiziya proqramlarına ekspert kimi də dəvət edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler