» » Rüşvət alan müstəntiqin məhkəməsi başladı

Rüşvət alan müstəntiqin məhkəməsi başladı

Bölmə: Kriminal
Rüşvət alan müstəntiqin məhkəməsi başladı



Dövlət Sərhəd Xidmətinin İstintaq İdarəsinin sabiq müstəntiqi, kapitan Nicat Acalovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Xalqinfo.ax xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Aslan Kalbaliyevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı martın 13-nə təyin edilib.

İttihama görə, Nicat Acalov narkotik alverinə görə həbs olunmuş Faiq Məmmədovun ailəsindən onu azadlığa buraxdırmaq vədi ilə 25 min manat pul alıb.
Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ittiham elan edilib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler