Kürdəmirdə narkotik vasitələrin satışı ilə məşğul olan dörd nəfər saxlanılıbBölmə: Kriminal
![]() Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan dörd nəfər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Xalqinfo.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakinləri Rövşən Məmmədov və Mansur Mikayılov saxlanılıblar. Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onların hər birindən narkotik vasitə olan heroin aşkar edilib. Dindirilmə zamanı R.Məmmədov narkotik maddəni tanışı Ayaz adlı şəxsdən, M.Mikayılov isə Ramil adlı şəxsdən aldığını bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq rayon sakini, əvvəllər məhkum olunmuş Ayaz Qəribov saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxs də izahatında satış üçün əldə etdiyi narkotik maddəni tanışı Ramildən aldığını etiraf edib. Şöbə əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə A.Qəribov və M.Mikayılova narkotik vasitələri satan Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Ramil Məmmədov da saxlanılıb. İlkin dindirilmə zamanı həmin şəxs rayon ərazisində narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib. Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir. |
XƏBƏR LENTİ
29.01.23 15:04 | Nə Ukrayna, nə də Rusiya müharibədə... - ŞOK PROQNOZ
29.01.23 15:00 | Erməni ekspert: "Qərb Sünik dəhlizinin açılmasının əleyhinə deyil"
29.01.23 14:26 | Baş verən partlayışla bağlı İrandan rəsmi AÇIQLAMA
29.01.23 14:17 | Cavabımız sürətli, güclü və dəqiq olacaq — Netanyahu
29.01.23 10:29 | Sosial mediada ən çox izlənilən dünya lideri o oldu
28.01.23 15:02 | İtaliya səfirliyinin maşını yandırıldı
28.01.23 15:00 | Misir Prezidentinin Azərbaycana səfəri başa çatdı
28.01.23 13:20 | İlham Əliyev 2 fərman, 1 sərəncam imzaladı
28.01.23 13:00 | Ermənistanda qadınlar üçün könüllü hərbi xidmət yaradılır
28.01.23 12:57 | AKP İsrailə başsağlığı verdi
28.01.23 11:51 | 5 ölkədən Türkiyədəki vətəndaşlarına terror xəbərdarlığı
28.01.23 11:50 | İrandakı etirazçılar hücuma görə SEPAH-ı günahlandırır
28.01.23 11:36 | Misir Prezidentinin rəsmi qarşılanma mərasimi olub
28.01.23 11:35 | Neft ucuzlaşdı
|