Axtarışa verildikdən 6 il sonra həbs edilən iş adamına ağır cəza verildiBölmə: Kriminal
Dələduzluqda ittiham edilərək axtarışa verilən və 6 il sonra həbs edilən iş adamı hakim qarşısına çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq, mənimsəmə və vəzifə saxtakarlığında təqsirləndirilən Tapdıq Namazovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən T.Namazov 10 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, T.Namazov Bakı şəhəri ərazisində yerləşən "Omaks-3" MTK-nın rəhbərlərindən biri olub. O, eyni mənzili bir neçə nəfərə satmaq yolu ilə dələduzluqda ittiham edilir. Belə ki, T.Namazovun vasitəsilə şirkət tərəfindən 18 nəfərə 31 mənzil satılıb və vətəndaşlara 568 min manatlıq ziyan dəyib. T.Namazov barəsində cinayət işi başlandıqdan sonra ölkəni tərk edib. Onun barəsində axtarış qərarı çıxarılıb və Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. |
XƏBƏR LENTİ
27.04.24 23:15 | İYİ Partiyasının yeni sədri məlum oldu
27.04.24 22:54 | Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|