İsmayıllıda ayını kim ovlayıb?Bölmə: Kriminal
Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Basqal meşəbəyliyinin 4 saylı dolayında atəş səsləri eşidilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Xalqinfo”ya daxil olan xəbərə görə, dolayın mühafizə yegeri həmin istiqamətə yaxınlaşarkən 6 nəfər tərəfindən qonur ayının ovlandığını müşahidə edib. Xidməti vəzifəsini yerinə yetirən mühafizə yegeri brakonyerləri saxlamağa çalışsa da, onlar qanuni tələblərə məhəl qoymayaraq ərazidən uzaqlaşıblar. Bu zaman yeger tərəfindən naməlum şəxslərin video görüntüləri çəkilib. Brakonyerlərin şəxsiyyətinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları üçün İsmayıllı rayon Polis Şöbəsinə müraciət edilib və maddi sübut kimi video görüntülər polis şöbəsinə təqdim olunub. Adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş Qonur ayını ovlayan şəxslərin kimliyinin müəyyənləşdirilməsi məqsədilə hazırda tədqiqat aparılır. |
XƏBƏR LENTİ
27.04.24 23:15 | İYİ Partiyasının yeni sədri məlum oldu
27.04.24 22:54 | Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|