» » Azərbaycanlı "Zayka"nı tutdular - FOTO

Azərbaycanlı "Zayka"nı tutdular - FOTO

Bölmə: Kriminal, MANŞET
Azərbaycanlı "Zayka"nı tutdular - FOTOBir neçə gün öncə Rusiya polisinin xüsusi əməliyyatı ilə yaxaladığı azərbaycanlı cinayətkar dəstənin üzvlərinin fotoları yayılıb.

Xalqinfo.az anspress-ə istinadən bildirir ki, 5 nəfər üzvü olan dəstəyə 39 yaşlı azərbaycanlı, "Zayka" ləqəbli kriminal avtoritet rəhbərlik edib.

Dəstə üzvləri insan oğurluğunda və dələduzluqda ittiham edilir. Banda üzvləri 2014-cü ilin sentyabrın 9-da Moskvada Ded Hasanın əsas düşmənlərindən olan kriminal avtoritet Rövşən Lənkəranskinin "sağ əli" hesab edilən Rovşan Somayanı qətlə yeriblər.

Bundan əlavə isə ötən il "Sadovod" bazarından olan Hüseynov soyadlı sahibkarı öldürüblər.

Onlar həmçinin kommersiya fəaliyyəti ilə məşğul olan həmyerlilərini girov müqabilində oğurlayıblar.

Dəstə üzvləri bilyard salonunda saxlanılıblar. Onlar Troiskdə yaşayıblar. Dəstə üzvlərinin yaşadığı evdən "Kalaşnikov", tapança, "Sayqa" tüfəngi, 100-dən çox patron, zirehli jilet, maskalar, polis forması, iş adamlarından oğurlanan "Toyota Land Cruiser" və "Mercedes-Benz" tapılıb.

Əməliyyatçıların sözlərinə görə, "Zayka" Azərbaycanda müxtəlik faktlarla bağlı olaraq 15 il həbsdə olub. Moskvaya isə o təqribən iki il öncə gəlib.
Azərbaycanlı "Zayka"nı tutdular - FOTO

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler