» » Azərbaycanda toy faciəyə döndü - Toy karvanındakı maşın 4 qonağı vurub qaçdı

Azərbaycanda toy faciəyə döndü - Toy karvanındakı maşın 4 qonağı vurub qaçdı

Bölmə: Kriminal, MANŞET
Azərbaycanda toy faciəyə döndü -  Toy karvanındakı maşın 4 qonağı vurub qaçdı
Bərdədə toy karvanında gedən avtomobil yol kənarında su içən toy mərasiminin 4 qonağını vuraraq hadisə yerindən qaçıb.

“Xalqinfo”nun Report-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Yeni Daşkənd kəndi ərazisində baş verib.

Belə ki, 32-BC-306 dövlət qeydiyyat nişanlı, VAZ-2106 markalı avtomobil hərəkətdə olan zaman sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yol kənarında su içən piyadaları vurub.

Hadisə nəticəsində 1962-ci il təvəllüdlü Məmmədova Ağapəri Möhbalı qızı hadisə yerindəcə dünyasını dəyişib. Digər 3 nəfər -1993-cü il təvəllüdlü Məmmədov Sərvər Məhəmmədəli oğlu, 1962-ci il təvəllüdlü Səmədova Ayyıldız Sehral qızı və 1955-ci il təvəllüdlü Quliyeva Göyçək Əli qızı ağır bədən xəsarətləri alıblar. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsini törətmiş sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda toy faciəyə döndü -  Toy karvanındakı maşın 4 qonağı vurub qaçdı
Azərbaycanda toy faciəyə döndü -  Toy karvanındakı maşın 4 qonağı vurub qaçdı
Azərbaycanda toy faciəyə döndü -  Toy karvanındakı maşın 4 qonağı vurub qaçdı
Azərbaycanda toy faciəyə döndü -  Toy karvanındakı maşın 4 qonağı vurub qaçdı

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler