» » Əli Həsənovun nəvəsinin avtomobili qəza törətdi - Ölənlər var

Əli Həsənovun nəvəsinin avtomobili qəza törətdi - Ölənlər var

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Əli Həsənovun nəvəsinin avtomobili qəza törətdi - Ölənlər var
Bakıda iki nəfərin ölümü və bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

Xalqinfo” xəbər verir ki, APA-nın hadisə yerində olan əməkdaşının xəbərinə görə, “Mercedes Gelandewagen” markalı avtomobil paytaxtın Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən idarəetməni itirib və “VAZ 21015” markalı avtomobilə arxadan çırpılıb.

Daha sonra “Mercedes Gelandewagen” yolun kənarındakı maneəni aşaraq köməkçi yola keçib və yanmağa başlayıb. Qəza nəticəsində “Mercedes Gelandewagen”in sürücüsü də daxil olmaqla, iki nəfər ölüb.

Qəza zamanı piyadanın da vurulduğu bildirilir.

Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub.

Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

***

APA-nın xəbərinə görə, qəza nəticəsində “Mercedes Gelandewagen” markalı avtomobilin sürücüsü və bir piyada ölüb, bir nəfər isə yaralanıb.

“Mercedes Gelandewagen”in sürücüsü Mehdi Əliyev hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub.

***

Virtualaz.org-un məlumatına görə, bu gün axşam saatlarında Bakının Heydər Əliyev prospektində qəzaya uğrayan “Mercedes Galendevagen” baş nazirin müavini Əli Həsənova məxsusdur.

“Qafqazinfo” xəbər verir ki, sözügedən “Mercedes Galendewagen” avtomobili “10 PP 203” dövlət nömrə nişanlı olub və həmin vaxt baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev də maşında olub. O, qəza nəticəsində ağır bədən xəsarətləri alıb. Hadisə baş verən kimi Həsənovun nəvəsi maşından təcili çıxarılaraq aparılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler