» » Biləsuvarda narkotik becərən şəxs saxlanıldı

Biləsuvarda narkotik becərən şəxs saxlanıldı

Bölmə: Kriminal
Biləsuvarda narkotik becərən şəxs saxlanıldı
Biləsuvarda fərdi evin həyətində narkotik tərkibli bitkilər aşkar edilib.

Xalqinfo.az xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində yaşadığı evin həyətində narkotik tərkibli bitki əkib-becərən şəxs saxlanılıb.

Rayonun Günəşli kənd sakini Adil Qarayevin atasına məxsus evin həyətində gizli şəkildə xaşxaş kolu becərdiyi məlum olub. Polis hadisə yerinə baxış keçirərkən bağda qamışla əhatə olunmuş ərazidə 59 ədəd aqrotexniki qaydada becərilmiş xaşxaş kolu aşkarlanıb.

Saxlanılan A. Qarayev narkotik tərkibli bitkiləri özü üçün əkdiyini bildirib. Onun yaşadığı evə baxış keçirilərkən orada bankada qurudulmuş narkotik tərkibli bitki aşkarlanıb.

Qeyd edək ki, A. Qarayev əvvəl məhkumluq həyatı yaşayıb. Faktla bağlı araşdırıma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler