Bakıda liftdə yeniyetmə qıza təcavüz edildiBölmə: Kriminal
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları yetkinlik yaşına çatmayan qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinən 30 yaşlı kişini axtarırlar. Xalqinfo.az xəbər verir ki, Bakı Şəhər Baş polis İdarəsindən "Sputnik Azərbaycan"a verilən məlumatda bildirilir ki, seksual xarakterli cinayətin qurbanı 12 yaşlı qız olub. Naxçıvan küçəsində yaşayan qız aprelin 9-da saat 19:00 radələrində öz binalarında liftə girib. Onunla birlikdə liftə daxil olan naməlum şəxs qızı soyundurmağa çalışıb və eyni vaxtda ona qarşı seksual xarakterli hərəkətlər edib. Yeniyetmə cinayətkarın əlindən çıxıb qaça bilib. Polisə şikayət ərizəsi ilə qızın anası müraciət edib. Faktla bağlı araşdırma aparılır. Leyla Həsənova |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|