Bakıda cibgir qadın saxlanıldı-VideoBölmə: Kriminal
Bakıda cibgirliklə məşğul olan əcnəbi saxlanılıb. ANS TV-nin məlumatına görə, Gürcüstan vətəndaşı, hazırda Bakının Xətai rayonunda yaşayan 26 yaşlı Məmmədova Əfsanə Qədir qızı cibgirlik əməlinə görə Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Əfsanə Məmmədova metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığındakı ticarət mərkəzində vətəndaşların ciblərindən və əl çantalarından oğurluq edərkən ifşa olunub. Nizami Rayon Polis İdarəsində aparılan araşadırmalar zamanı məlum olub ki, saxlanılan Əfsanə paytaxt sakinləri Əhməd Əliyev, Alim Babayev və Ağabəyim Xəlilovadan gizli yolla planşet və ümumilikdə 342 manat pul götürüb. Ə.Məmmədova əməlini pula ehtiyacı olduğu üçün törətdiyini bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin (oğurluq) maddəsilə cinayət işi başlanıb, araşdırmalar aparılır. Saxlanılan şəxsin bu kimi cinayət əməllərindən ziyan çəkən şəxslər Nizami Rayon Polis İdarəsinə məlumat verə bilərlər. |
XƏBƏR LENTİ
27.04.24 23:15 | İYİ Partiyasının yeni sədri məlum oldu
27.04.24 22:54 | Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|