» » Bakıda avtobus sürücüsünü döydülər - Video

Bakıda avtobus sürücüsünü döydülər - Video

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Bakıda avtobus sürücüsünü döydülər - Video

Bakıda minik avtomobilinin sürücüsü və onun yanındakı sərnişin yol verməmək üstündə avtobus sürücüsünü döyüb. Hadisə dekabrın 26-da, saat 12.40 radələrində Yasamal rayonu ərazisində baş verib.

Xalqİnfo” Avtosfer.az-a istinadən xəbər verir ki, döyülən avtobus sürücüsü 96 saylı marşrutda çalışır. Belə ki, 96 saylı manşrut üzrə hərəkət edən 10-TG-042 dövlət nömrə nişanlı avtobusun yolunu kəsərək “KİA” markalı, 90-RG-545 dövlət nömrə nişanlı avtomobilin sürücüsü ilə avtobus sürücüsü arasında qarşıdurma yaranıb.

Təqdim olunan videodan da göründüyü kimi, avtobus sürücüsü avtobusu saxlayaraq onlarla söhbət etmək üçün yerə düşüb. Bu zaman «KİA»-nın sürücüsü və yanındakı sərnişin avtobus sürücüsünə hücum çəkərək onu döyməyə başlayıblar. Onları sərnişinlər sakitləşdirib.

Xəbərdə bildirilir ki, dava nəticəsində avtobus sürücüsünün alnı partlayıb və qan içində avtobusa qayıdaraq yoluna davam edib.

Məsələ ilə bağlı avtobusun məxsus olduğu şirkətin rəhbərliyi Daxili işlər naziri, general-polkovnik Ramil Usubova müraciət edib.




Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler