» » “Şəfa-Broyler”in fəhlələrini daşıyan avtobus qəzaya düşdü -

“Şəfa-Broyler”in fəhlələrini daşıyan avtobus qəzaya düşdü - Foto

Bölmə: Kriminal
“Şəfa-Broyler”in fəhlələrini daşıyan avtobus qəzaya düşdü -

Bu gün axşam saatlarında Neftçala rayonunun Qaraqaşlı kəndində yerləşən “Şəfa-Broyler” quşçuluq fabrikinin fəhlələrini işdən gətirən avtobus qəzaya uğrayıb.

Xalqİnfo”nun Virtualaz.org-a istinadən məlumatına görə, qəza Salyan şəhərinin T.Xəlilbəyli və N.Nərimanov küçələrinin kəsişməsində qeydə alınıb.

Salyan şəhər sakini Mübariz Rzayevin idarə etdiyi, dövlət nömrə nişanı 33-BC-396 olan “QAZ-53” markalı avtobus Hacıqabul rayonunun Atbulaq kənd sakininin idarə etdiyi 99-EK-324 dövlət nömrə nişanlı “AUDİ” markalı avtomaşınla toqquşub. Qəzadan yayınmaq istəyən avtobus idarəetməni itirərək səkiyə çıxıb, elektrik dirəyinə çırpıldıqdan sonra dayanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qəzaya səbəb isə “AUDİ” markalı avtomaşının rayona qonaq gəlmiş sürücüsünün “dayan” işarəsinə əməl etməməsi olub.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin DYP bölməsində araşdırma aparılır.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

“Şəfa-Broyler”in fəhlələrini daşıyan avtobus qəzaya düşdü -
“Şəfa-Broyler”in fəhlələrini daşıyan avtobus qəzaya düşdü -
“Şəfa-Broyler”in fəhlələrini daşıyan avtobus qəzaya düşdü -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler