» » İntihar edən MTN polkovnikinin qardaşına bəraət verildi

İntihar edən MTN polkovnikinin qardaşına bəraət verildi

Bölmə: Kriminal
İntihar edən MTN polkovnikinin qardaşına bəraət verildi

Özünü asaraq intihar edən MTN polkovniki Malik Mustafayevin qardaşı Mətləb Mustafayev həbsdən azad olunub.

Xalqİnfo”nun verdiyi xəbərə görə, bu barədə onun vəkili Adəm Məmmədov məlumat verib.

Vəkil bildirib ki, Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah daşıma) maddəsi ilə təqsirləndirilən M.Mustafayev barəsində Nəsimi rayon məhkəməsi 2 il azadlıqdan məhrum etmə hökmü verib. Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsinin qüvvədə saxladığı qərarı ləğv edib və cinayət işinə bəraətverici əsaslarla xitam verilib. M.Mustafayev azadlığa buraxılıb.

Qeyd edək ki, M.Mustafayev MTN-nin hazırda həbsdə olan generalı Elçin Quliyevin göstərişi ilə həbs olunub.

M.Mustafayev bildirib ki, E.Quliyev və həbs olunandan sonra intihar edən İlqar Əliyev ondan Əli Nağıyev və qardaşı Vəli Nağıyevin əleyhinə ifadə almağa çalışıblar.

***

Mətləb Mustafayevin sözlərinə görə, o həbs edildikdən sonra qardaşı Malik Mustafayev keçmiş nazir Eldar Mahmudovla görüşərək məsələni aydınlaşdırmaq istəyib. E.Mahmudov isə “qardaşın Əli Nağıyevin əleyhinə ifadə verməsə, sənin bütün nəslini həbs edəcəyik” deyib.

Bir neçə gün sonra M.Mustafayevin bacısı İradə Hümbətovanın evinnə MTN basqın edib. İki həftə sonra isə Malik Mustafayev MTN-ın keçmiş Anti-Terror Mərkəzinin rəisi Elçin Quliyevlə görüşüb, o görüşdəki söhbətin məzmunu bəlli olmasa da, M.Mustafayev səhəri gün intihar edib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler