» » Gəncədə evlərdən çoxlu silah-sursat tapılıb

Gəncədə evlərdən çoxlu silah-sursat tapılıb

Bölmə: Kriminal
Gəncədə evlərdən çoxlu silah-sursat tapılıb

Gəncə şəhərində xeyli silah-sursat aşkarlanıb.

Xalqİnfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının birgə xüsusi tədbirlər keçiriblər.

Nəticədə Gəncə şəhər sakinləri Elbrus Ələkbərovun yaşadığı evə baxış zamanı 1 ədəd “ZORAKI-914” markalı tapança, 2 ədəd qumbara və 4 ədəd patron, Orxan Fətullayevin evinə baxış zamanı 1 ədəd nömrəsi silinmiş “Brauninq” markalı tapança, 2 ədəd qumbara və 1 ədəd patron, əvvəllər məhkum olunmuş Məhəmməd Hüseynovun evinə baxış zamanı 3 ədəd qumbara, 2 ədəd alışqan və 12 ədəd patron, əvvəllər qanunsuz radikal silahlı dini birliklərdə iştirak etdiyi üçün məhkum olunmuş Vüsal İsayevin evinə baxış zamanı 2 ədəd qumbara, Zaur Hüseynovun evinə baxış zamanı 1 ədəd “AKS-74” markalı silah və 80 ədəd patron, qardaşı Eminin evinə baxış zamanı isə 3 ədəd qumbara və 37 ədəd patron aşkar edilərək götürülüb.

Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Gəncədə evlərdən çoxlu silah-sursat tapılıb

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler