» » Nazirlik şirkətə qarşı iddia qaldırdı -

Nazirlik şirkətə qarşı iddia qaldırdı - 255 min manat

Bölmə: Kriminal
Nazirlik şirkətə qarşı iddia qaldırdı -

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Xalqİnfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə ilkin hazırlıq iclası davam etdirilib.

Vergilər Nazirliyi məhkəməyə müraciət edərək "Rabitə Mülki Tikinti" MMC-yə qarşı 255 min manatlıq mülki iddia qaldırıb.

Vəkil Vidadi Məmmədovun müdafiə etdiyi S.Hümbətov barəsində ev dustaqlığı seçilməsi haqda vəsatəti təmin edilməyib.

V.Zeynalovun vəkili müvəkkilinin prosesin sonunda çıxış etməsi vəsatət verib, baxılmamış saxlanılıb.

Dövlət ittihamçısı Fərid Nağıyev ittiham aktını elan edib.

Vidadi Zeynalov özünü təqsirli bilmədiyini deyib.

Məhkəmədə fasilə elan olunub. Proses günün ikinci yarısında davam etdiriləcək.

***

Fasilədən sonra davam etdirilən prosesdə təqsirləndirilənlərdən Beytulla Hüseynov, Anar Mustafayev, Bayram Vəliyev və Emin Məmmədov özlərini qismən təqsirli, Məhəmməd Məmmədov, Oktay Rüstəmov və Namazalı Məmmədov isə təqsirli bildiklərini deyiblər.

B. Vəliyev nazirliyin 255 min manatlıq mülki iddiasına münasibət bildirərək məbləğin bir hissəsinin artıq ödənildiyini deyib.

Məhkəmə prosesi noyabrın 28-də davam etdiriləcək.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler