» » Fikrət Fərəməzoğlunun məhkəməsi başlayır

Fikrət Fərəməzoğlunun məhkəməsi başlayır

Bölmə: Kriminal
Fikrət Fərəməzoğlunun məhkəməsi başlayır

JAM.az saytının rəhbəri Fikrət Fərəməzoğlunun ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi başlayır.

Xalqİnfo”nun verdiyi xəbərə görə, bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib. Qeyd edək ki, F.Fərəməzoğluna Cinayət Məcəlləsinin 182.2.1-ci (Hədə-qorxu ilə tələb etmə; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə; təkrar törədildikdə) və 182.2.4-cü ( Hədə-qorxu ilə tələb etmə; zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilir.

Vəkil qeyd edib ki, F.Fərəməzoğlu müəyyən obyeklərin əxlaqsızlıq yuvası olması barədə məlumatlar yaymaqda və obyekt sahiblərindən şantaj yolu ilə pul tələb etməkdə ittiham edilir. F.Fərəməzoğlu isə ittihamı qəbul etmir. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovun icraatına verilib. İlkin hazırlıq iclası noyabrın 22-nə təyin edilib.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler