» » Partlayış olan evin sahibi yüksək vəzifəli şəxsdir... - Fotolar +Yenilənib

Partlayış olan evin sahibi yüksək vəzifəli şəxsdir... - Fotolar +Yenilənib

Bölmə: Kriminal, MANŞET
Partlayış olan evin sahibi yüksək vəzifəli şəxsdir... - Fotolar +Yenilənib
Hökməli qəsəbəsində dəhşətli partlayışın baş verdiyi ev sahibi vəzifəli şəxs imiş.

Xalqİnfo.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, zərərçəkmiş Müşfiq Qurbanov “Azəravtoyol” ASC-də Aparat rəhbəridir.

Qeyd edək ki, partlayış zamanı onun 3 yaşlı qızı Banıçiçək Qurbanlı dünyasını dəyişib. Özü, həyat yoldaşı Şəbruz Novruzova və 12 yaşlı qızı Leyla isə ağır xəsarət alıb.

***

Lent.az-ın məlumatına görə, Müşfiq Qurbanovun həyat yoldaşı Şəbruz Novruzova isə cərrahdır. Ş.Novruzova Tibb Universitetinin Cərrahi xəstəliklər kafedrasında çalışır və abdominal cərrahiyyə üzrə ixtisaslaşıb.

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova “Qafqazinfo”ya bildirib ki, xəsarət alanlar 5 nömrəli xəstəxananın yanıq şöbəsinə yerləşdirilib: “Hazırda üçünün də vəziyyəti ağırdır”.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az

Partlayış olan evin sahibi yüksək vəzifəli şəxsdir... - Fotolar +Yenilənib
Partlayış olan evin sahibi yüksək vəzifəli şəxsdir... - Fotolar +Yenilənib

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler