» » Xaçmazda “07” 56 yaşlı

Xaçmazda “07” 56 yaşlı qadını vurub

Bölmə: Kriminal, BLOK XƏBƏR
Xaçmazda “07” 56 yaşlı  Xaçmaz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xalqinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasından Report-a verilən məlumata görə, vurulan şəxs 1960–cı il təvəllüdlü Xaçmaz şəhər sakini Sevil Davud qızı Qonaqovadır.

Məlumata görə, qadını xəstəxanaya "təcili yardım" maşını gətirilib. Sevil Qonaqova orta ağır vəziyyətdə Reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə Gəndob-Yalama yolunun Xaçmaz ərazisindən keçən 25–ci km-də baş verib. Qadını yolu keçmək istəyərkən Xaçmazın Əhmədoba kənd sakini Pərviz Xıdırov tərəfindən idarə olunan "VAZ-2107" markalı avtomobil vurub.

Hadisə yerinə Xaçmaz polisinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler