» » Şamaxıda avtomobil qəzasında

Şamaxıda avtomobil qəzasında ölən və yaralanan var

Bölmə: Kriminal
Şamaxıda avtomobil qəzasında  Şamaxı rayonunda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Xalqinfo.az APA-ya istinadən bildirir ki, hadisə bu gün səhər saat 8:30 radələrində Şamaxı-Göylər avtomobil yolunda qeydə alınıb.

Rayon sakini 1978-ci il təvəllüdlü Soltanov Natiq Tapdıq oğlunun idarə etdiyi 56 BG 132 dövlət nömrə nişanlı, VAZ 2106 markalı minik avtomobili qarşı tərəfdən gələn 1962-ci il təvəllüdlü Nəbiyev Pənah Qədir oğluna məxsus 56 BG 014 dövlət nömrə nişanlı VAZ 2107 markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı VAZ 2106-nın sürücüsü Natiq Soltanov və sərnişini 1985-ci il təvəllüdlü Əliyev Arif Şahlar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Mərkəzi Xəstəxanasına yerləşdirilib.

VAZ 2107-nin sürücüsü Pənah Nəbiyev isə aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler