» » Salyan 50 yaşlı sakini itkin düşüb

Salyan 50 yaşlı sakini itkin düşüb

Bölmə: Kriminal, MANŞET
Salyan 50 yaşlı sakini itkin düşüb Salyan şəhərində yaşayan 50 yaşlı Xudaverdiyev Əbülfəz Qabil oğlu itkin düşüb.

Xalqinfo.az bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Ə.Xudaverdiyev iyunun 4-də Bakı şəhərinə getmək adı ilə evdən çıxıb və evə qayıtmayıb.

Onun xarakterik əlamətləri belədir: boyu 150 sm., orta bədən quruluşlu, qara qısa saçlı, uzunsov sifətli, qara qalın qaşlı, gözləri qəhvəyi, fiziki cəhətdən sağlam, əqli cəhətdən qüsurlu ruhi əsəb xəstəsi, burnunun üstündə çapıq var.

Evdən çıxarkən əynində göy rəngli şalvar, ağ köynək, tünd göy rəngli pencək, əlində isə içərisində geyim əşyaları olan qara rəngli çanta olub.

Əbülfəz Xudaverdiyevi itkin düşdükdən sonra görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 Xidməti"nə, həmçinin (050) 341-49-64 mobil və ya Salyan Rayon Polis Şöbəsinə 021-255-51-12 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler