Gəncəd 80 min manatlıq oğurluq edən qız tutulubBölmə: Kriminal, BLOK XƏBƏR
Gəncədə qohumunun evindən oğurluq edən qız saxlanılıb.Xalqinfo.az Oxu.Az-a stinadən xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini Səmayə Məmmədova idarəyə müraciət edərək bildirib ki, Yeni Gəncə qəsəbəsində ona məxsus mənzildən 80 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən S.Məmmədovanın bacısı nəvəsi, Şəmkir rayon Mahmudlu kənd sakini, 1995-ci il təvəllüdlü Həcər Muradova saxlanılıb. O, oğurluq etdiyini etiraf edib və oğurladığı qızıl-zinət əşyalarını istintaqa təhvil verib. H.Muradova anasının xəstə olduğunu və ona dərman almaq üçün oğurluq etdiyini bildirib. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, istintaq gedir. Kainat Şirin Xalqinfo.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|